×
A
A
A
Sazlamalar

Paytaxtda poçtdan pul, lotereya biletləri oğurlayan şəxslər saxlanılıb

Bakı, 31 oktyabr, AZƏRTAC

Oğurluq və soyğunçuluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da rayon ərazisindəki poçtların birindən 1040 manat pul və 2 min 600 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İlqar Knyazov müəyyən olunaraq saxlanılıb.
Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə oktyabrın 24-də rayon ərazisində Bakı şəhər sakini S.Xankişiyevanın içərisində pulu, sənədi və mobil telefonu olan cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Eldar Orduxanov müəyyənləşdirilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.

 

 

 

Hadisə 2022-10-31 12:21:00