Saray-Novxanı yolunda yeni geridönmə hissə yaradılıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Sıxlıq və tıxacın aradan qaldırılması məqsədilə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində, “VAZ dairəsi” kimi adlanan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq Saray-Novxanı yolunda daha yaxın məsafədə yeni geridönmə hissə yaradılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Ərazidə zəruri yol nişanları quraşdırılaraq və üfüqi nişanlanma xətləri çəkilərək yeni geridönmə sürücülərin istifadəsinə verilib.
Qarabağın bərpası, yenidən qurulması istiqamətində investisiyalar böyük əhəmiyyətə malikdir
AAYDA tərəfindən son həftə ərzində görülən işlər barədə məlumat yayılıb
Tikinti-quraşdırmada istehsalçı qiymət indeksləri 101,7 faiz təşkil edib
Ümumi inşaat işlərinin 89,5 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər
Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 59,5 faizi sənaye və tikinti sahələrinə sərf olunub