Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib
Bakı, 31 oktyabr, AZƏRTAC
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 29-da saat 19 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini T.Məhərrəmli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Aytəkin Fazilli və onun oğlu Xəyalı vurub. Qəza nəticəsində hər iki piyada hadisə yerində ölüb.
Oktyabrın 30-da saat 22 radələrində isə Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində Fatmayı kənd sakini S.Orucov sürdüyü “Nissan” markalı avtomobillə yolu keçən piyadanı vurub. Qəza nəticəsində o, hadisə yerində ölüb.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.
Saray qəsəbəsindəki yol qəzasında Oqtay Əliyev ölüb, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıb
BƏƏ-dən gələn Azərbaycan vətəndaşından 93 ədəd “İphone” aşkarlandı
Yasamalda avtomobilin nömrəsini oğurlayaraq pul tələb edən şəxs saxlanılıb