DİN: Bakı-Qazax yolunda sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər xəsarət alıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər xəsarət alıb, ölüm yoxdur. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Saray qəsəbəsində ağır yol nəqliyyat hadisəsi zamanı üç nəfər ölüb
Qaradağda qətlə yetirilən kişinin ölüm səbəbi açıqlanıb
Pulemyot satmaq istəyən şəxs həbs olunub
Ələtdə qətl törədən şəxs tutulub
Ələtdə evdə üzərində zorakılıq əlamətləri olan meyit aşkarlanıb - YENİLƏNİB