Nəsimi rayonunda dörd ay əvvəl itkin düşən 44 yaşlı qadın axtarılır
Bakı, 29 oktyabr, AZƏRTAC
Paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 44 yaşlı Yeganə Məmmədova 2022-ci il iyunun 24-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəkildəki şəxsi görənlərdən və onun barəsində məlumatı olanlardan DİN-in 102 - Zəng Mərkəzinə, həmçinin rayon polis idarəsinin (012) 440-02-02 şəhər və (055) 711-18-65 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar
DİN: Son 20 gündə 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Paytaxt sakininə qarşı quldurluq edilib