Ağdamda baş vermiş yol qəzası zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də saat 19 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində rayon sakini N.Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Məlahət Hətəmxanovanı və Gülşən Hacıyevanı vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində M.Hətəmxanova hadisə yerində ölüb, G.Hacıyeva xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ələtdə evdə üzərində zorakılıq əlamətləri olan meyit aşkarlanıb - YENİLƏNİB
Samuxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb