Yevlaxda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də saat 17 radələrində Yevlax şəhəri ərazisində şəhər sakini Həsən Mirzəyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili beton dirəyə vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində sürücü və üç sərnişini xəstəxanaya yerləşdirilib, H.Mirzəyev və sərnişinlərdən Rüfət Həmidov orada ölüblər.
Hadisə ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Saray qəsəbəsində ağır yol nəqliyyat hadisəsi zamanı üç nəfər ölüb
Qaradağda qətlə yetirilən kişinin ölüm səbəbi açıqlanıb
Pulemyot satmaq istəyən şəxs həbs olunub
Ələtdə qətl törədən şəxs tutulub
Ələtdə evdə üzərində zorakılıq əlamətləri olan meyit aşkarlanıb - YENİLƏNİB