DİN: Ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 147, o cümlədən borclu şəxs qismində axtarılan 126 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, üç nəfər isə xəsarət alıb. Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı iki fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
İçərisində 17,8 min manat olan çanta oğurlanıb
Paytaxt sakinindən narkotik vasitə aşkarlanaraq götürülüb
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub VİDEO
Saray qəsəbəsində ağır yol nəqliyyat hadisəsi zamanı üç nəfər ölüb