Qubada azyaşlını oğurluq etməyə təhrik edən şəxs barəsində həbs qətimkan tədbiri seçilib
Bakı, 29 oktyabr, AZƏRTAC
Qubada azyaşlını oğurluq etməyə təhrik edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildiriblər ki, bir nəfər Quba Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olması barədə məlumat verib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən 4 min 400 manat pul oğurlandığı müəyyən edilib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Aslan Xudaverdiyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, A.Xudaverdiyev törətdiyi cinayət əməlinə azyaşlı qonşusu Məmmədi də (ad şərti) müəyyən vədlər verməklə cəlb edib.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Aslan Xudaverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Saxlanılan avtomobildə keçmiş məhkumlardan narkotik vasitə aşkarlanıb
Paytaxtda qaçırılan avtomobil əzilmiş vəziyyətdə tapılıb
Paytaxtda 31 evdən 36 min manatdan çox oğurluq olub
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən şəxs saxlanılıb VİDEO
Yasamalda saxlanılan şəxslərdən 18 kiloqrama yaxın heroin götürülüb VİDEO