×
A
A
A
Sazlamalar

Misli Premyer Liqası: “Turan Tovuz” – “Sumqayıt” görüşü meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış oyununda “Turan Tovuz” komandası “Sumqayıt”ı qəbul edib.
Tovuz şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bölgə təmsilçisinə üç xal qazandıran qolu 88-ci dəqiqədə Şəhriyar Əliyev vurub.
Bu qarşılaşmadan sonra xalların sayını 15-ə çatdıran “Turan Tovuz” altıncı pillədəki yerini qoruyub. Dörd xalı olan “Sumqayıt” isə sonuncu pillədədir.
Qeyd edək ki, turun “Kəpəz” – “Səbail”, “Zirə” – “Neftçi” görüşləri oktyabrın 29-da, “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları oktyabrın 30-da keçiriləcək.

İdman 2022-10-28 17:52:00