×
A
A
A
Sazlamalar

Rəşad Rəsullu: Göygöldə yeniyetmələr arasında Avropa kuboku turnirinin keçirilməsi planlaşdırılır

Bakı, 28 oktyabr, Aysel Azad, AZƏRTAC

Cüdo üzrə milli komandanın üzvü olan bütün idmançılar bu il özlərini xarici yarışlarda göstərmək imkanı əldə ediblər. Federasiya onlara bu şansı yaradıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyanın baş katibi Rəşad Rəsullu oktyabrın 28-də keçirilən mətbuat konfransında deyib.
Baş katib hesab edir ki, cüdo üzrə beynəlxalq yarışların sayı artırılmalıdır. O qeyd edib ki, bu istiqamətdə növbəti yarış olaraq 2023-cü il mayın 6-7-də Göygöldə yeniyetmələr arasında Avropa kuboku turnirinin keçirilməsi planlaşdırılır.
İlk dəfə 1975-ci ildə Həzi Aslanov turnirinin keçirildiyini xatırladan Rəşad Rəsullu deyib ki, əgər kimsə bu yarışın yenidən keçirilməsində maraqlı olarsa, belə bir yarış baş tuta bilər. Amma bu yarışı keçirmək federasiyanın planında yoxdur.

 

İdman 2022-10-28 16:36:00