Tbilisini Azərbaycanın şimal-qərb sərhədi ilə birləşdirəcək avtomobil magistralının tikintisi sürətləndirilib
Tbilisi, 28 oktyabr, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisidə Kaxeti bölgəsinə və Azərbaycan sərhədinə qədər olan dörd zolaqlı avtomagistralın tikintisi sürətləndirilib. Yolun genişlənməsi və tikinti işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İnfrastruktur və Regional İnkişaf Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yolun tikintisi başa çatdıqdan sonra Tbilisidən Kaxetinin mərkəzinə qədər olan məsafəni 1 saat 20 dəqiqəyə qət etmək mümkün olacaq.
Yeni avtomobil magistralı həm ölkədaxili, həm də beynəlxalq əhəmiyyətli digər yollarda tıxacları azaldacaq, yollarda təhlükəsizliyi təmin edəcək.
Yolun Tbilisidən Kaxetiyədək olan hissəsi Gürcüstan hökumətinin maliyyəsi hesabına həyata keçirilir. Bunun üçün dövlət büdcəsindən 527 169 937 lari (189 986 562 ABŞ dolları) vəsait ayrılıb.
Yolun tikintisi iki layihə əsasında həyata keçirilir (Tbilisi Saqaredco 35 kilometr və Bakurtçixe-Tsinori 16,6 kilometr).
Nazirliyin məlumatında deyilir ki, birinci layihə də üç hissədən ibarətdir. Vaziani-Saqareco dairəvi yolun tikintisinin 2023-cü ildə, digər iki hissənin tikintisinin isə 2024-cü ildə başa çatdırılması nəzərdə tutulub.
Qeyd olunur ki, Tbilisi-Saqareco yolu Azərbaycanın şimal-qərb hissəsini birləşdirən tranzit dəhlizinin bir hissəsidir.
Yolun Bakurtsixe-Tsnori hissəsinin tikintisi Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilir. Bank bunun üçün 87,8 milyon lari (31,64 milyon dollar) kredit ayırıb.
Paytaxtın müxtəlif ərazilərində avtobusların hərəkət intervalında gecikmələr var
Paytaxtın müxtəlif ərazilərində avtobusların hərəkət intervalında gecikmələr var
ADY bayram günlərində bölgələrə daşınan sərnişinlərin sayını açıqlayıb
Pirallahı rayonu istiqamətində bəzi marşrutların hərəkət sxemi dəyişəcək
Novruz bayramı ərəfəsində və bayram günlərində regionlara 3455 reys həyata keçirilib