×
A
A
A
Sazlamalar

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də saat 16 radələrində İsmayıllı rayonunun İvanovka qəsəbəsi ərazisində rayon sakini F.Abdullayev idarə etdiyi “KİA” markalı avtomobili aşırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində avtomobildəki sərnişinlərdən F.Abdullayevin həyat yoldaşı Fatma hadisə yerində ölüb, sürücü və digər iki sərnişini isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Hadisə 2022-10-28 10:57:00