×
A
A
A
Sazlamalar

DİN: Ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması təmin olunub

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 109, o cümlədən borclu şəxs qismində axtarılan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, üç nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

Hadisə 2022-10-28 10:29:00