×
A
A
A
Sazlamalar

Özünü polis əməliyyatçısı kimi təqdim edərək pul tələb edən şəxs saxlanılıb

Bakı, 27 oktyabr, AZƏRTAC

Paytaxt parklarında istirahət edən şəxslərə yaxınlaşaraq özünü polis əməliyyatçısı kimi təqdim edərək pul tələb edən şəxs müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1987-ci il təvəllüdlü Rəsul Əliyev tutularaq məsuliyyətə cəlb edilib.
Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə 102 - Zəng Mərkəzinə, eləcə də rayon polis idarəsinə, yaxud 18-ci polis şöbəsinə müraciət etmələri xahiş olunur.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırmalar davam etdirilir.

Hadisə 2022-10-27 19:29:00