Daşkənddə nəqliyyat sahəsinə dair ikigünlük toplantı işinə başlayıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin nəqliyyat nazirlərinin 6-cı toplantısı işinə başlayıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) AZƏRTAC-a bildirilib ki, toplantı çərçivəsində TDT-yə üzv dövlətlərin nəqliyyatın inkişafı üzrə İşçi Qrupunun 11-ci, qardaşlaşmış limanların 5-ci və dəmir yolu qurumlarının nümayəndələrinin 1-ci iclası da keçirilir.
Tədbirdə iştirak edən ASCO-nun İstismar kommersiya departamentinin əməkdaşı Niyaməddin Aslanov Gəmiçiliyin fəaliyyətinə dair geniş təqdimatdan sonra ona ünvanlanan sualları cavablandırıb. O, Özbəkistan istiqamətində daşınan yüklər ətrafında aparılan müzakirələrlə bağlı da fikirlərini səsləndirib.
İki gün davam edəcək toplantıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə həyata keçirilən daşımaların effektivliyinin daha da artırılması, regionun tranzit potensialının inkişafı, eləcə də alternativ nəqliyyat marşrutları ilə bağlı fikir mübadiləsinin aparılacağı gözlənilir.
Paytaxtın müxtəlif ərazilərində avtobusların hərəkət intervalında gecikmələr var
BNA küləkli hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına diqqətli olmağı tövsiyə edir
Paytaxtın müxtəlif ərazilərində avtobusların hərəkət intervalında gecikmələr var
Paytaxtın müxtəlif ərazilərində avtobusların hərəkət intervalında gecikmələr var