×
A
A
A
Sazlamalar

FHN: “Qış parkı” yaxınlığında yanğının bitişik tikililərə keçməsinə imkan verilməyib

Bakı, 27 oktyabr, AZƏRTAC

Xəbər verildiyi kimi, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində – “Qış parkı”nın yaxınlığında yerləşən tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub və FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğın qısa müddətdə söndürülüb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisəyə operativ müdaxilə sayəsində alovun genişlənərək bitişik tikililərə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində ilkin məlumata əsasən, vətəndaşa məxsus ümumi sahəsi 30 kvadratmetr olan ikiotaqlı evin dam örtüyü 6 kvadratmetr və təsərrüfat otağının yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə edilib.

Hadisə 2022-10-27 18:04:00