AERA-nın İdarə Heyətinin sədri Avropa Enerji Tənzimləyiciləri Şurasının prezidenti ilə görüşüb
Bakı, 27 oktyabr, AZƏRTAC
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Gürcüstanda bərpaolunan enerjiyə dair keçirilən konfrans çərçivəsində Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) prezidenti Anneqret Qroebel ilə görüşüb.
AERA-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı İdarə Heyətinin sədri Samir Axundov Azərbaycanda enerji tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat verərək sözügedən istiqamət üzrə təcrübə mübadilələrinin önəmini vurğulayıb.
Görüş əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi yönündə atılacaq addımların müzakirəsi ilə davam edib.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir