×
A
A
A
Sazlamalar

“Qış parkı” yaxınlığında birmərtəbəli tikilidə baş vermiş yanğın söndürülüb

Bakı, 27 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) – 112 - qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunda “Qış parkı” yaxınlığında birmərtəbəli tikilidə yanğın olması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Hadisə 2022-10-27 16:48:00