×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının biometrik pasportlarının hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında” 2010-cu il 12 mart tarixli 794 nömrəli, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 861-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2014-cü il 16 yanvar tarixli 228 nömrəli və “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 28 noyabr tarixli 893 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası vətəndaşlarının biometrik pasportlarının hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 mart tarixli 794 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 3, maddə 222; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan müqavilədən irəli gələn məsələlərin həll edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə olunsun.”;
1.2. 4-cü hissədə “İqtisadiyyat” sözü “Xarici İşlər” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 861-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 228 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 41; 2016, № 8, maddə 1384) 3-cü hissəsi ləğv edilsin.
3. “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 893 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1495; 2015, № 10, maddə 1192; 2016, № 8, maddə 1384; 2017, № 4, maddə 578, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2285; 2018, № 3, maddə 485, № 8, maddə 1706) 6-cı hissəsində “İqtisadiyyat Nazirliyi bu Sərəncamın 5-ci hissəsinə uyğun olaraq” sözləri “Daxili İşlər Nazirliyi” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamdan irəli gələn zəruri tədbirlərin görülməsini təmin etsinlər.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 oktyabr 2022-ci il

Sərəncamlar 2022-10-27 14:03:00