Zığ qəsəbəsinin məhəllədaxili yollarının təmiri işləri yekunlaşmaq üzrədir
Bakı, 27 oktyabr, AZƏRTAC
Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonunun Zığ qəsəbəsində Dədə Qorqud yaşayış massivinin məhəllədaxili yollarında aparılan təmir işləri yekunlaşmaq üzrədir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 1400 metr, eni ortalama 6 metr təşkil edən sözügedən yollar torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin təhlükəsizliyini təmin etmirdi.
Yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və yolun profilə salınması işləri görülüb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi və zəruri yerlərdə 150 poqonometr yeni piyada səkilərinin tikintisi işləri aparılır.
Xatırladaq ki, agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18,5 kilometr təşkil edən küçə təmir olunub. 2022-ci ildə rayon üzrə təmir olunacaq küçə və yolların ümumi uzunluğu isə 12,5 kilometr təşkil edir.
Tikinti müəssisələrində investisiya resurslarından səmərəli istifadə olunmalıdır
Bayram tətili günlərində paytaxt yollarında təmir işləri aparılıb
Qarabağın bərpası, yenidən qurulması istiqamətində investisiyalar böyük əhəmiyyətə malikdir
AAYDA tərəfindən son həftə ərzində görülən işlər barədə məlumat yayılıb
Tikinti-quraşdırmada istehsalçı qiymət indeksləri 101,7 faiz təşkil edib