×
A
A
A
Sazlamalar

Qobustan rayonunda Abşeron rayon sakini idarə etdiyi avtomobili aşırıb

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 26-da saat 3 radələrində Qobustan rayonunun Cəngi kəndi ərazisində Abşeron rayon sakini X.Məmmədov idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində avtomobildəki sərnişin Amil Mayılov hadisə yerində ölüb.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2022-10-27 11:56:00