Hərbi Dəniz Qüvvələrində “Dəniz təməl komando kursu” keçirilir VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrində “Dəniz təməl komando kursu” keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, plana uyğun olaraq hərbi qulluqçulara mühəndis-istehkam hazırlığı üzrə partlayıcı qurğuların xüsusiyyətləri, həmçinin onlardan istifadə qaydaları nəzəri və praktiki şəkildə öyrədilir.
Bundan başqa, kurs müddətində iştirakçılarla hərbi topoqrafiya, dağçılıq, atəş hazırlığı, fiziki hazırlıq və digər fənlər üzrə məşğələlər keçirilir.
“Dəniz təməl komando kursu”nu bitirən hərbi qulluqçulara sertifikatlar təqdim ediləcək.
Komandoların taktiki-xüsusi məşqləri davam etdirilir VİDEO
Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb VİDEO
Vətən müharibəsi şəhidi Elvin Şükürlünün xatirəsi anılıb VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib