×
A
A
A
Sazlamalar

Bakı-Qazax yolunda avtomobil nəzarət qaydasında saxlanılıb

Bakı, 27 oktyabr, AZƏRTAC

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən oktyabrın 25-də saat 18 radələrində Bakı-Qazax yolunda “Hyundai” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sürücü, Bakı şəhər sakini Kənan Məmmədzadənin və sərnişini, paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Murğuzovun narkotik vasitənin təsiri altında olması polis əməkdaşları tərəfindən şübhə doğurduğundan avtomobilə baxış keçirilib və oradan marixuana aşkarlanaraq götürülüb.
K.Məmmədzadə və A.Murğuzov saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə təhvil veriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Hadisə 2022-10-27 11:05:00