Dendrologiya İnstitutunun tədqiqat ərazisində payız səpininə başlanılıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Dendrologiya İnstitutunun Meşə ekosistemləri laboratoriyasının əməkdaşları Dendroloji bağ və ezamiyyələrdən əldə edilən toxumlardan payız səpinini həyata keçiriblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, fərqli yaş qrupundan olan müxtəlif növ ağaclardan tədarük edilən toxumlar laboratoriya şəraitində yoxlanılıb, yüksək məhsuldarlıq məqsədilə əkinqabağı stratifikasiya olunub. Abşeronun şоrаn torpaq örtüyü nəzərə alınaraq, lək əkin üçün hаzırlаnarkən hər kvadratmetr sаhəyə 300-400 qram yаnmış əhəng, 200 qram аğаc külü tökülüb. Еyni zаmаndа, tоrpаğın üst qаtınа heyvani gübrə əlavə edilərək dərin şumlanıb, torpaq və çürüntü qаrışdırılıb.
Toxumlararası məsafə saxlanaraq Washingtonia filifera H.Wandl., Ligustrum japonicum, Albizzia julibrissin Durazz., Trachycarpus excelsa S.Wendl., Sophora japonica L., Hibiscus syriacus L., Hedera helix L., Hedera pastuchovii Woron., Melia azedarach L., Leucaena leucocephala və başqa növlərdən əldə edilmiş toxumların səpini və ilkin suvarılma aparılıb. Cücərtilərin izlənilməsi, aqrotexniki qulluqlar bağ və laboratoriya əməkdaşları tərəfindən qarşılıqlı həyata keçirilir.
Azərbaycan və Türkiyənin elmi qurumları arasında əlaqələr genişləndirilir
Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirilib
Görkəmli türkoloq alim ölkəmizin İrandakı səfirliyinə hücumu şiddətlə qınayıb
BDU tələbələri ərəb dili üzrə Asiya debat çempionatında iştirak edirlər