×
A
A
A
Sazlamalar

Xətai və Sabunçu rayonlarında evlərdən oğurluğa cəhd göstərən iki nəfər yaxalanıb

Bakı, 26 oktyabr, AZƏRTAC

Xətai Rayon Mühafizə İdarəsinə oktyabrın 24-də saat 23 radələrində İ.Abbasov küçəsindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən həyəcan siqnalı daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərən paytaxt sakini E.Hüseynzadə saxlanılıb. O, araşdırma aparılması üçün Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə təhvil verilib.
Digər hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, rayon mühafizə idarəsinə oktyabrın 25-də saat 19 radələrində M.Gəncəvi küçəsindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən həyəcan siqnalı daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gəlib. Oradan oğurluğa cəhd göstərən paytaxt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş F.Abdulov saxlanılıb. O, araşdırma aparılması üçün Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə təhvil verilib.

Hadisə 2022-10-26 12:32:00