×
A
A
A
Sazlamalar

Son 10 gündə Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 22 nəfər saxlanılıb

Bakı, 26 oktyabr, AZƏRTAC

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində son 10 gün ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 22 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış ümumilikdə külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktlarla bağlı şəhər rayon polis şöbəsində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyənləşdirilməsi, həmçinin rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları mübarizə tədbirlərini davam etdirir.

 

 

 

Hadisə 2022-10-26 11:18:00