×
A
A
A
Sazlamalar

DİN: Ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması təmin olunub

Bakı, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarılan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

 

 

Hadisə 2022-10-26 11:14:00