×
A
A
A
Sazlamalar

Narkotik vasitə qəbul edən sürücü həbs olunub

Bakı, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də saat 19 radələrində Şəmkir rayonunun ərazisində “Opel” markalı avtomobil yoxlama nəzarət qaydasında Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən sürücü, Gəncə şəhər sakini Ehtiram Fərzəliyevin narkotik vasitə qəbul etməsi müəyyənləşdirildiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib olunaraq Şəmkir rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə E.Fərzəliyevin nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla beş gün müddətinə inzibati qaydada həbs olunub.

Hadisə 2022-10-26 11:33:00