×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb

İstanbul, 25 oktyabr, AZƏRTAC

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Ordu 2022-10-25 19:34:00