×
A
A
A
Sazlamalar

“Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Ekstradisiya haqqında” Avropa Konvensiyasına 2012-ci il sentyabrın 20-də Vyana şəhərində imzalanmış Dördüncü Əlavə Protokol Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 oktyabr 2022-ci il

Qanunlar 2022-10-25 16:44:00