×
A
A
A
Sazlamalar

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 689; 2001, № 11, maddə 677; 2002, № 5, maddə 237; 2003, № 6, maddə 273, № 8, maddə 419; 2004, № 7, maddə 522, № 10, maddə 784, № 12, maddələr 982, 987; 2005, № 4, maddə 283, № 10, maddə 884; 2007, № 3, maddə 212, № 11, maddə 1051; 2008, № 5, maddələr 346, 347, № 8, maddə 708, № 11, maddə 959; 2009, № 4, maddə 214, № 7, maddələr 503, 511, № 10, maddə 770, № 12, maddə 963; 2010, № 7, maddə 605, № 11, maddələr 942, 943, 961; 2011, № 3, maddə 166, № 7, maddə 613; 2012, № 2, maddə 54, № 3, maddə 192, № 6, maddə 525, № 9, maddə 840, № 11, maddə 1059; 2013, № 3, maddə 233, № 6, maddə 597, № 11, maddələr 1262, 1263, № 12, maddə 1490; 2014, № 5, maddə 463, № 7, maddə 760, № 11, maddə 1375; 2015, № 7, maddə 820, № 12, maddə 1440; 2016, № 2 (II kitab), maddə 222; 2019, № 1, maddə 2; 2020, № 10, maddə 1243, № 12 (I kitab), maddə 1434; 2021, № 3, maddə 215; 2022, № 4, maddə 295) Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “2.Gəncə şəhəri” bölməsində aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “1 və 2” sözləri “3 və 4” sözləri ilə əvəz edilsin.
2. 2.2-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “3 və 4” sözləri “1 və 2” sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2022-ci il

Qanunlar 2022-10-25 15:23:00