×
A
A
A
Sazlamalar

Nizami rayonunda mağazadan oğurluq edən şəxs saxlanılıb

Bakı, 25 oktyabr, AZƏRTAC

Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə rayon ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 1800 manat dəyərində qızıl boyunbağının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Taleh Hüseynov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə 2022-10-25 12:31:00