Suraxanı rayonunda soyğunçuluq edən şəxs yaxalanıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yeni Günəşli qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Fərəcovun “Mercedes” markalı avtomobilindən mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda, “Ford” və “VAZ-2104” markalı iki avtomobildən isə mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər də soyğunçuluğa görə məhkum olunmuş Dünyamin Rüstəmzadə müəyyənləşdirilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
Ələtdə evdə üzərində zorakılıq əlamətləri olan meyit aşkarlanıb - YENİLƏNİB
Samuxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb