Gömrükçülər qanunsuz yollarla gətirilən mobil telefonlar və müxtəlif məhsullar aşkarlayıblar
Bakı, 25 oktyabr, AZƏRTAC
Gömrük əməkdaşlarının keçirdiyi kompleks tədbirlər nəticəsində ölkə ərazisinə qanunsuz yollarla gətirilən mobil telefonlar və müxtəlif məhsullar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisinə qanunsuz yollarla gətirilən, Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 176 qutu “Parliament” markalı siqaret, ümumilikdə 25 ədəd müxtəlif markalı mobil telefon (6 ədəd “iPhone 14 Pro”, 4 ədəd “iPhone 14 Pro Max”, 4 ədəd “iPhone 13 Pro Max”, 1 ədəd “iPhone 13 Pro”, 2 ədəd “iPhone 12 Pro”, 3 ədəd “iPhone 11”, 2 ədəd “iPhone 11 Pro”, 2 ədəd “iPhone XS”, 1 ədəd “Samsung S22”), 48 ədəd mobil telefonlar üçün ekran, 3 ədəd qidalandırıcı başlıq, 21 ədəd qidalandırıcı naqil, “iPhone” markalı mobil telefonlara aid 13 ədəd boş telefon qutusu, 2 ədəd ekran qoruyucusu, 5 ədəd “Apple Watch” markalı “ağıllı” saat, 3 ədəd “Galaxy Watch5 Pro” markalı “ağıllı” saat, 4 ədəd içərisində yalnız aksesuarları olan “Apple Watch” markalı “ağıllı” saata aid qutu, 1 ədəd “iPad” markalı planşet, 2 ədəd “iPad” markalı planşetə aid boş qutu, 1 ədəd “Apple Mac Book” markalı noutbuk, 30 ədəd video oyun diski, 50 ədəd elektron qəlyan, 13 ədəd plastik qablarda qida əlavələri, 16 ədəd ətir və 9 ədəd ətir dəsti, zərgərlik məmulatları - 2 ədəd qol saatı, 4 ədəd üzük aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO