Yenidoğulmuş uşağın ölümünə səbəb olmuş həkim barədə cinayət işi başlanıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Şirvan şəhər sakini Aytac Miriyevanın 2022-ci il avqustun 26-da “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Ginekologiya və doğum şöbəsində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılıb.
Şəhər prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyənləşdirilib ki, qeyd olunan xəstəxanada mama-ginekoloq həkim vəzifəsində işləyən Sevinc Alışova tərəfindən müayinələr əsasında diaqnozun düzgün təyin edilməməsi, doğuş prosesinin başa çatdırılma üsulunun ona təyin olunmuş diaqnoza uyğun düzgün seçilməməsi, şəkərli diabetlə bağlı iri dölə əsasən tibbi göstəriş əsasında doğuşu cərrahi yolla başa çatdırmaması nəticəsində yenidoğulmuş uşaq ölüb.
Şirvan Şəhər Prokurorluğunda Sevinc Alışova barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO