Qaradağ və Xətai rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri olub
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də saat 1 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qəsəbə sakini Orxan Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Oktyabrın 23-də saat 4 radələrində isə Xətai rayonunun Y.Səfərov küçəsində Abşeron rayon sakini T.İmanov sürdüyü “Toyota” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Qəza nəticəsində piyada hadisə yerində həlak olub.
Faktlarla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırmalar aparılır.
Saray qəsəbəsində ağır yol nəqliyyat hadisəsi zamanı üç nəfər ölüb
Qaradağda qətlə yetirilən kişinin ölüm səbəbi açıqlanıb
Pulemyot satmaq istəyən şəxs həbs olunub
Ələtdə qətl törədən şəxs tutulub
Ələtdə evdə üzərində zorakılıq əlamətləri olan meyit aşkarlanıb - YENİLƏNİB