×
A
A
A
Sazlamalar

DİN: Ölkə ərazisində qeydə alınan 91 cinayətin açılması təmin olunub

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də və 23-də ölkə ərazisində qeydə alınan 91, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 31, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən on bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

Hadisə 2022-10-24 10:53:00