×
A
A
A
Sazlamalar

Xətai rayonunda evə basqın edən şəxslər saxlanılıblar

Bakı, 23 oktyabr, AZƏRTAC

Xətai rayonu “NZS” qəsəbəsində yerləşən evlərdən birinə basqın edilib. Naməlum şəxslər evə bıçaqla daxil olaraq mənzildəki qızıl-zinət əşyalarını, o cümlədən 1200 manatı ələ keçiriblər.
AZƏRTAC xəbər verir ki, hadisə barədə məlumat daxil olan kimi Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarışlara başlanılıb. Əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tərlan Abbasov və Surac Salmanov tutularaq istintaqa təqdim olunublar. Hər iki şəxs ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Tərlan Abbasovun və Surac Salmanovun paytaxt ərazisində digər analoji cinayətlər törətdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə, Xətai Rayon Polis İdarəsinə və ya ərazi polis orqanlarına müraciət edə bilərlər.

Hadisə 2022-10-23 18:32:00