Tərtərdə bir nəfər minaya düşüb
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 23-ü saat 17 radələrində Tərtər rayonunun Çaylı adlanan ərazisində bir nəfərin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Tərtər rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, ilkin araşdırmalarla 1996-cı il təvəllüdlü Samir Əlizadənin həmin ərazidə olarkən minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alaraq hər iki ayağının amputasiya olunması müəyyən edilib.
Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Saxlanılan avtomobildə keçmiş məhkumlardan narkotik vasitə aşkarlanıb
Paytaxtda qaçırılan avtomobil əzilmiş vəziyyətdə tapılıb
Paytaxtda 31 evdən 36 min manatdan çox oğurluq olub
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən şəxs saxlanılıb VİDEO
Yasamalda saxlanılan şəxslərdən 18 kiloqrama yaxın heroin götürülüb VİDEO