Birinci vitse-prezident Mehriban Əliyeva dünya çempionu olmuş şahmatçılarımızı təbrik edib
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İtaliyanın Sardiniya adasında keçirilən şahmat üzrə gənclər arasında dünya çempionatında qızıl medallar qazanan Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı paylaşımında deyilir: “ Əziz Gövhər Beydullayeva və Abdulla Qədimbəyli! Parlaq qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm! Sizinlə qürur duyuram! Əməyinizə və iradənizə görə sağ olun! Azərbaycana Qələbələr yaraşır!”.
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri başa çatıb VİDEO
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar YENİLƏNİB VİDEO