×
A
A
A
Sazlamalar

Energetika sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə bir qrup şəxs təltif edilib

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda energetika sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə bir qrup şəxsin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən iki nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 15 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.
Həmçinin Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə 9 nəfərə “Əməkdar mühəndis” fəxri adı verilib.

 

Energetika 2022-10-22 16:17:00