Nəsimi rayonunda quldurluq hadisəsi törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə oktyabrın 19-da saat 22 radələrində rayon ərazisində kirayədə yaşayan Bakı şəhər sakininin evinə gələn iki nəfərin bıçaqla ona xəsarət yetirərək 4500 manat pulunu talayıb aparmaları barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Qafarov və Lənkəran rayon sakini Röyal Əhədzadə müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub VİDEO
Saray qəsəbəsində ağır yol nəqliyyat hadisəsi zamanı üç nəfər ölüb