TRACECA-nın Azərbaycan hissəsində 33,2 milyon tondan çox yük daşınıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 33 milyon 290,5 min ton, yük dövriyyəsi isə 8 milyard 332,8 milyon ton-kilometr olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 17 milyon 895,6 min tonu və ya 53,7 faizi avtomobil nəqliyyatı, 10 milyon 975,6 min tonu və ya 33 faizi dəmir yolu nəqliyyatı, 4 milyon 419,3 min tonu və ya 13,3 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 27,4 faizini və ya 9 milyon 129,8 min tonunu tranzit yüklər təşkil edib.
BNA mərhələli şəkildə müvafiq yol nişanlarının quraşdırılmasına başlayıb
İyunda Astanadan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək
"Süleyman Vəzirov” gəmisi “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərinə cəlb olunub
Cari ilin iki ayında hava nəqliyyatı ilə 332,6 min sərnişin daşınıb