×
A
A
A
Sazlamalar

Ölkəyə qanunsuz yolla gətirilən külli miqdarda siqaret aşkarlanıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Bakı və Sumqayıt Baş Gömrük İdarələrinin əməliyyat bölmələrinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə ərazisinə qanunsuz yollarla gətirilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan və ölkə ərazisində qanunsuz satışı nəzərdə tutulan külli miqdarda siqaretlər aşkar edilərək götürülüb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhərində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 35 min 400 ədəd, Sumqayıt şəhəri ərazisində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 57 min 560 ədəd, ümumilikdə 2 fakt üzrə 92 min 960 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-10-22 12:17:00