DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 73 cinayətin açılması təmin olunub
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də ölkə ərazisində qeydə alınan 73 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarılan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı üç fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.
Ələtdə evdə üzərində zorakılıq əlamətləri olan meyit aşkarlanıb - YENİLƏNİB
Samuxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb