Sabirabadda həyat yoldaşına bıçaq xəsarətləri yetirən şəxs tutulub
Bakı, 21 oktyabr, AZƏRTAC
Sabirabad rayonu ərazisində 1996-cı il təvəllüdlü Təhminə İsayevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Asəf İsayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təhminə İsayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Asəf İsayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
FHN: Suraxanı rayonunda fərdi evdə yanğın baş verib
Hövsanda anbardan 30 min manat dəyərində ərzaq məhsulları və məişət əşyaları oğurlanıb
DİN: Ölkə ərazisində qeydə alınan 59 cinayətin üstü açılıb