Laçın Rayon Prokurorluğu iki nəfərin minaya düşməsi ilə bağlı araşdırma aparır
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində iki şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyənləşdirilib.
Hazırda faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.
Bakıda avtomobildən 1 kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb
Gəncə sakininin içərisində pul, bank kartları, sənədləri olan cüzdanı oğurlanıb
Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edilib
Neftçala sakininin həyətindən 1090 ədəd çətənə kolu aşkarlanıb