×
A
A
A
Sazlamalar

Ötən həftə ərzində yol infrastrukturu ilə bağlı görülən işlər açıqlanıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) həftə ərzində (17 -21 oktyabr) respublika ərazisində görülən işlər və yol infrastrukturu sahəsində həyata keçirilən tədbirlər barədə açıqlama verib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, sözügedən müddət ərzində Saray-Novxanı yolunda yeni geri dönmə hissə yaradılır. Həmçinin Prezident İlham Əliyev Bakı şəhərinin Səbail və Binəqədi rayonları ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.
Daha sonra paytaxtın Xətai rayonunda Cavanşir küçəsinin əsaslı təmiri davam edir, Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun Şükürbəyli - Cəbrayıl hissəsi istifadəyə verilib, Xəzər rayonunun Buzovna qəsəbəsində Cəfər Cabbarlı küçəsi təmir olunur, eləcə də Tərtər və Bərdə rayonlarından olan vətəndaşların qəbulu keçirilib.

Tikinti̇ 2022-10-21 18:24:00