×
A
A
A
Sazlamalar

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Aydın Kərimov – Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi

Müşahidə Şurasının üzvləri

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
Elnur Əliyev – Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini
Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini
Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2022-ci il

Sərəncamlar 2022-10-21 15:19:00